Sosial şəbəkədə biz:
Eyni oteldə 45 il əvvəl də ABŞ prezidentinə sui-qəsd olub
Xəbər Şəkli

Eyni oteldə 45 il əvvəl də ABŞ prezidentinə sui-qəsd olub

26 April 2026, 12:01
Dünya

Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtondakı Hilton oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının tədbiri zamanı silahlı insident baş verib.
Yeniavaz.com “BBC News”a istinadən xəbər verir ki, atışmanın baş verdiyi bu məkan ABŞ tarixində mühüm hadisələrdən biri ilə yadda qalıb.
Belə ki, 30 mart 1981-ci ildə həmin oteldə o dövrün ABŞ prezidenti Ronald Reyqan silahlı hücuma məruz qalıb. Hücumu həyata keçirən şəxs Con Hinkley prezident hoteldən çıxan zaman limuzininə doğru hərəkət edərkən ona atəş açıb.
Hadisə zamanı Reyqan ağır yaralansa da, həyatını xilas etmək mümkün olub. O, qabırğa sınığı və ağciyər zədəsi ilə xəstəxanaya çatdırılıb və müalicədən sonra 11 aprel tarixində evə buraxılıb.
Həmin hücumda Ağ Evin mətbuat katibi Cames Brady, Məxfi Xidmət agenti və yerli polis əməkdaşı da yaralanıb. Brady ciddi beyin zədəsi alıb və ömrünün sonuna qədər əlil qalıb. O, 2014-cü ildə vəfat edib.
Hücumdan sonra Hinkley məhkəmə tərəfindən dəlilik səbəbilə günahsız hesab edilərək “St. Elizabeths Hospital” xəstəxanasının maksimum təhlükəsizlik bölməsinə yerləşdirilib, yalnız 2016-cı ildə azadlığa buraxılıb.