Ermənistanda generalın general oğlu axtarışa verildi
Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov axtarışa verilib.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb
Q.Xaçaturova qarşı xüsusilə külli miqdarda qanunsuz əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.
O, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi general-polkovnik Yuri Xaçaturovun oğludur.
Ata Xaçaturov 2008-ci ilin mart ayında konstitusiya quruluşunu devirməkdə ittiham olunub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryana da eyni iş üzrə ittiham irəli sürülüb. İş 2008-ci ildə Koçaryanın prezidentlik vəzifəsindən gedərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana təhvil verməyə hazırlaşdığı hadisələrlə bağlıdır.