Sosial şəbəkədə biz:
Ermənistan parlamentinin yeni sədri o olacaq
Xəbər Şəkli

Ermənistan parlamentinin yeni sədri o olacaq

26 June 2026, 00:21
Dünya

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd kimi seçilib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də “Mülki müqavilə” partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Müzakirələr və qapalı, gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Assambleyanın spikeri vəzifəsinə namizəd kimi seçilib”, - Paşinyan bildirib.

Qeyd edək ki, namizədlər Alen Simonyan, Hayk Konjoryan və Ruben Rubinyan olub.

Alen Simonyanın Ermənistan prezidenti postuna namizəd olacağı barədə məlumatlar yayılıb. Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı postunu təhvil verəcəyi və baş müşavir kimi Paşinyanla birgə çalışacağı iddia olunur.