Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Türkiyə dövlət başçısı bunu prezident kabinetinin iclasından sonra açıqlayıb.
Türkiyə lideri Vaşinqton administrasiyası rəhbərinə Venesueladakı qeyri-sabitliyin qəbuledilməz olduğunu bildirib:
"Trampla telefon danışığında ölkəmiz üçün həssas məsələlərlə bağlı mövqeyimizi çatdırdıq. Vurğuladıq ki, Venesuela qeyri-sabitliyə cəlb olunmamalıdır", - deyə Ərdoğan qeyd edib.