Sosial şəbəkədə biz:

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi
Xəbər Şəkli
24 July 2026, 08:00
Dünya

Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi ABŞ-də Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.

 

Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev məlumat yayıb.

 

ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan "Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim" ("Nationally Certified Teacher of Music - NTCM") titulunun sahibidir.

 

Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il "Florida Keys" adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir.