Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri yeni partiyanın qurulacağı elan edildikdən sonra Özgür Özəlin rəhbərliyi ilə parlament qrupunun qapalı iclasında bir araya gəliblər.
Yeniavaz.com “Birgün”ə istinadla xəbər verir ki, görüşün əsas gündəmi kütləvi istefa qərarları olub.
CHP qrup sədrinin müavini Murad Əmir iclasda müzakirə olunanlar barədə danışıb.
“Sonuncu qapalı qrup iclasını keçirdik. Vacib qərarların qəbul edilməsi lazım idi və biz həmin qərarları yekdilliklə qəbul etdik. İctimaiyyətə açıqlamalı olduğumuz yeni məlumatları, həmçinin sədrimiz Özgür Özəlin çatdırmaq istədiklərini mətbuat konfransı vasitəsilə elan edəcəyik”, - deyə M. Əmir bildirib.
Görüşdən sonra “Halk TV”yə açıqlama verən CHP-nin İstanbuldan olan millət vəkili Gökan Zeybek hələ ki, istefa vermədiklərini deyib.
Adana millət vəkili Orhan Sümer isə “İstefa baş veribmi?” sualını “Hələ bir qərar yoxdur” deyə cavablayıb.