Avropa ölkələri Türkiyədən tədarük etdiyi təbii qazın mənşəyini və Rusiya məhsulu olmadığını təsdiqləyən sənədlər tələb edir.
Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar A Haber telekanalına deyib: "Avropalı həmkarlarımız bizimlə əlaqə saxlayaraq Türkiyə vasitəsilə Rusiyadan olmayan qaz almaq istədiklərini bildirirlər. Qazın mənşəyi məlum olmasa belə, qanuni olaraq qeydiyyatdan keçməlidir və biz, Türkiyə, Avropa ölkələrinə onun mənşəyini təsdiqləyən sənədlər təqdim etməyə borcluyuq".
Energetika nazirinin sözlərinə görə, Türkiyə hər il təxminən 70-80 milyard kubmetr qaz ixrac etməyə hazırdır və bu qaz respublikaya müxtəlif yollarla çatır. O, Rusiyadan qaz nəql edən "Türk Axını" boru kəmərinin əhəmiyyətini vurğulayıb: "Əgər biz bu boru kəmərini tikməsəydik, bu, Türkiyənin təbii qaz təchizatında böyük problem yaradacaqdı".