Sosial şəbəkədə biz:
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi
Xəbər Şəkli

Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi

08 May 2026, 10:58
Cəmiyyət

“Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinə yeni müavin təyin edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, imzalanan müvafiq əmrlə Gülşən Vəliyeva “Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru,  ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qızıdır.