Sosial şəbəkədə biz:

Refik Əliyev beynəlxalq elmi mükafata layiq görülüb

Refik Əliyev beynəlxalq elmi mükafata layiq görülüb
Xəbər Şəkli
11 October 2026, 10:00
Cəmiyyət

Azərbaycanlı alim Refik Əliyev III Beynəlxalq Türk Dünyası Elm Mükafatları çərçivəsində “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb.

2026-cı ildə Qazaxıstanın Almatı şəhərində təqdim olunan mükafat alimin qeyri-səlis məntiq, intellektual sistemlər, qərar qəbuletmə, idarəetmə nəzəriyyəsi və riyazi modelləşdirmə sahələrindəki elmi fəaliyyətinə görə verilib.

Mükafatın təqdim edilməsinə Refik Əliyevin süni intellekt və intellektual idarəetmə sistemlərinin inkişafına verdiyi töhfələr, elmi məhsuldarlığı, hazırladığı metodlar, yetişdirdiyi tədqiqatçılar və Türk dünyasının elmi potensialına xidmətləri əsas olub.