“Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində yaralanmış həkim Asif Nəsirli vəfat etdi
Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində ağır yaralanmış həkim-radioloq Asif Nəsirli vəfat edib.
Bu barədə TƏBİB-in “Facebook”hesabında məlumat verilib.
Qeyd edək ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.