Sosial şəbəkədə biz:

Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı

Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
Xəbər Şəkli
25 July 2026, 10:47
Cəmiyyət

"Əməkdar artist Elnur Kərimovu sancan ilan ölüb".

Bunu "Qaynarinfo"ya açıqlamasında teatrın aktyoru İlham Əsədov bildirib.

Onun sözlərinə görə, Elnur Kərimovun səhhəti hazırda yaxşıdır:

"Xəstəxanaya apardıq. Həkimlər müayinə etdilər. Daha sonra evə buraxdılar və narahatlığa əsas olmadığını bildirdilər. Ən maraqlısı isə odur ki, Elnuru sancan ilan ölüb".