Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (“Gəncə Bazar Ticarət Mərkəzi”) hərraca çıxarılıb.
2 mərtəbəli və 30 otaqdan ibarət sözügedən əmlakın ümumi sahəsi 29357,7 kvadratmetrdir.
Rəsmi məlumata görə, əmlakın ilkin bazar qiyməti 18 milyon 400 min, minimum satış qiyməti 15 milyon 640 min manat təşkil edir.
Hərrac avqustun 11-də baş tutacaq.






Qeyd edək ki, hərrac vasitəsilə satışa çıxarılan “Gəncə Bazar Ticarət Mərkəzi”nin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.
Yeniavaz