Sosial şəbəkədə biz:
Dövlət agentliyi “Azərişıq”da qanun pozuntusu aşkarladı: Barəsində iş qaldırdı
Xəbər Şəkli

Dövlət agentliyi “Azərişıq”da qanun pozuntusu aşkarladı: Barəsində iş qaldırdı

03 April 2026, 11:15
Cəmiyyət

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərişıq” ASC barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkarlayıb.

Araşdırma vətəndaş müraciətləri əsasında həyata keçirilib.

Yoxlama zamanı istehlakçıların elektrik enerjisi üzrə borcları hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən enerji təchizatının dayandırılması halları araşdırılıb.

Aparılan araşdırmanın yekununda qeyd olunan halların rəqabət qanunvericiliyinin tələblərinə uyğun olmadığına dair əlamətlər aşkar edildiyi bildirilib.

Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti barəsində iş qaldırılıb.

Qeyd edək ki Dövlət Agentliyi daha iki fakt üzrə “Azərişıq”la bağlı araşdırma aparır./Tiraj.az