Sosial şəbəkədə biz:

Ağa Hacıbəyli: “Nikah müqaviləsi pozulduqdan sonra ər və arvad bir-birilərinə naməhrəm sayılırlar”

Ağa Hacıbəyli: “Nikah müqaviləsi pozulduqdan sonra ər və arvad bir-birilərinə naməhrəm sayılırlar”
Xəbər Şəkli
18 August 2026, 08:17
Cəmiyyət

Son zamanlar sosial şəbəkələrdə boşanmış ailə fərdlərinin bir-birinə qarşı naməhrəm olub-olmaması müzakirə olunur. Bəzi şəxslər boşandıqdan sonra kişinin keçmiş həyat yoldaşı olan qadına yad insan olduğunu müdafiə etsə də, digər qisim boşansalar da, öncədən ailə olduqları üçün həmin şəxslərin bir-birinə yad hesab olunmadığını bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, boşanma prosesinə şəriətdə “talaq” deyilir, İslam hüququna görə, talaq baş tutduqdan sonra kişi və qadın bir-birinə naməhrəm hesab olunurlar:

 

A.Hacıbəyli qeyd edib ki, bir zamanlar bir-birinə məhrəm olan iki fərd nikah müqaviləsi pozulduqdan, qəti şəkildə ayrıldıqdan sonra onlar artıq bir-birinə naməhrəm sayılırlar: “Xanım digər yad, naməhrəm adamlar arasında hansı mövqeyi nümayiş etdirirsə, eyni şəkildə də əvvəlki həyat yoldaşına qarşı da eyni münasibəti sərgiləməlidir. Çünki artıq nikah pozulub, onların ər-arvad kimi hüquq məsələləri aradan qalxıb və onlar artıq bir-birlərinə naməhrəmdirlər”.