Ana səhifə / Müsahibə / Vüsalə Kərimova: “Zaur Kamal onlara yaxşı edir, xoşlarına gəlmirsə…”

Vüsalə Kərimova: “Zaur Kamal onlara yaxşı edir, xoşlarına gəlmirsə…”

Tanınmış aparıcı Vüsalə Kərimova sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– İTV-də “İnformasiya” departamentinin direktor müavini və “Carçı” informasiya proqramının aparıcısı olmusunuz. Xəbər aparıcılığından şouya gəlməkdə məqsəd nədir?

– Qeyd etdiyiniz kimi İTV-də “İnformasiya” departamentinin direktor müavini idim. İşdən ayrılandan sonra “Araz” radiosunun yaradıcısı olmaq təklif edildi. Orada baş redaktor kimi fəaliyyət göstərdikdən sonra işimə MUZ TV-də icraçı direktor kimi davam etdim.

Radioda çalışan zaman istər-istəməz şouya daxil olursan. Eləcə də musiqili kanala rəhbərlik edərkən…

– ATV-də müğənnilər Sevil və Sevinc Səfərovanın aparıcılıq etdiyi “Birəbir” verilişi və Zümrüd Bədəlovanın “Sözbaz” proqramını necə dəyərləndirirsiniz?

– “Birəbir” verilişini izləməmişəm. “Sözbaz” verilişinin isə az hissəsinə baxmışam. Amma Zümrüd Bədəlovanın tembri xoşuma gəlir. O, maqazin proqramlarının içindən çıxıb, ona görə düşünürəm ki, verilişi pis ola bilməz.

– ARB-də yayımlanan verilişləri izləyirsiniz?

– Müğənni Yaşar Cəlilovun prodüseri olduğuma görə onun iştirak etdiyi bütün verilişlərə baxıram. Zaur Kamalın “Həmin Zaur” verilişinə də baxmışam. Hətta bir dəfə həmin verilişə mən də aparıcılıq etmişəm.

Zaur Kamal bir günlük yox idi, rəhbərlik aparıcılığı mənə həvalə etmişdi.

– Bir çox müğənnilər şikayət edirlər ki, Zaur Kamal onları tənqid edir. Bu iradlarla razısınızmı?

– Ümumiyyətlə, televiziyalarda müxtəlif formatlı verilişlər var. Bu, dünya televiziyasında da belədir.

Mənə bir dəfə Zaur Kamalın efirdə ləhcəylə danışması ilə bağlı sual vermişdilər. Dialekt sözlərimiz var, bütün Azərbaycan əhalisi eyni dialektdə danışmır. Televiziyada auditoriyanın diqqətini cəlb etmək üçün dialektdən istifadəyə ehtiyac duyulur.

Amma bunun doğru, yoxsa səhv yanaşma olduğunu bilmirəm. Məsələyə o tərəfdən baxıram. Digər tərəfdən, əgər mənim etdiyim söhbətlər, suallar qonağımın xoşuna gəlmirsə, proqramda iştirak eləməsin. Çünki artıq verilişin formatını bilir. Eləcə də Zaur Kamalın verilişinin…

Əgər onun sualı, zarafatı xoşunuza gəlmirsə, verilişinə getməyin. Zaur da hamıyla eyni cür davranmır. Kim şərait yaradır, ona edir… Düşünürəm ki, Zaur Kamal yaxşı edir.

– Aparıcılar arasında düşmən olduğunuz və yaxud da bəyənmədiyiniz həmkarınız varmı?

– Düşmən olduğum həmkarım yoxdur, ola da bilməz. Aytən Səfərovanı bir xəbər aprıcısı kimi çox bəyənirəm. Telekanallara aparıcılıqdan xəbəri olmayan sadəcə reytinq xatirinə kiminsə tapşırığı ilə çıxan aparıcıların heç birini bəyənmirəm. Ad çəkməyə ehtiyac yoxdur.

– Yenidən xəbər aparıcılığına başlamağınızı təklif edənlər oldu?

– Xeyr, heç kimin cəsarəti çatmaz. Çünki bilirlər ki, çox güclü aparıcı və rəqibəm. Ona görə heç bir xəbər aparıcısı mənimlə çalışmaq istəməz. Xəbər aparıcılarına ehtiyac olduğu halda aparıcı hazırlayıb çıxarırlar, amma hazır xəbər aparıcısına ehtiyac görürmürlər. Demək, xəbər aparıcısı olaraq çox güclü rəqibəm..

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …