Ermənistan parlamentinin keçmiş deputatı və Səhra komandiri Vaan Badasyan Talış kəndinin yenidən məskunlaşdırılcağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Modern.az Ermənistan KLİV-nə istinadən xəbər verir ki, keçmiş deputat bu addımın qeyri-real olduğunu deyib.
“Talışı yenidən məskunlaşdırmaq yox, itirilmiş mövqeləri geri qaytarmaq lazımdır. Birincisi biz mövqelərimizi geri itirərək bütöv kəndi boşaltmağa hazır idik. Digər tərəfdən necə məskunlaşdırmaq – ərazi götürərək ora Talış adı vermək? Bu çox böyük səhv olardı. Əgər sakinləri köhnə yerində yerləşdirmək istəyirlərsə, ora Azərbaycan ordusu tərəfindən görülür. Mən məskunlaşdırmaya o zaman razı olaram ki, bu cür bəyanat verənlər öz ailələri ilə birlikdə düşmən tərəfindən aydın görülən ərazilərə köçsün və digər sakinlərə nümunə olsunlar. Talışı məskunlaşdırmaq mümkün deyil”.