Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Son bir saatda Tapqaraqoyunlu kəndinə bir neçə mərmi düşüb

Son bir saatda Tapqaraqoyunlu kəndinə bir neçə mərmi düşüb

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.

«AzərTAc» xəbər verir ki, agentliyin cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərinin məlumatına görə, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.

Müxbirlərimizin kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib. Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın