Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Sarkisyan Qarabağa iki döyüş helikopterinin müşayiəti ilə uçdu…

Sarkisyan Qarabağa iki döyüş helikopterinin müşayiəti ilə uçdu…

Son vaxtlar Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyi daha da gücləndirilib.

Avropa.info xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Sarkisyan Dağlıq Qarabağ və Ermənistanın ucqarlarına vertolyotla səfər edir. Bununla yanaşı onu daha iki hərbi vertolyot müşayiət edir.

“Hava hədəflərini vurmaq üçün qumbaraatanın və planın Nork-Maraşdakı silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı aşkarlanması nəzərə alınsa, bu ilk hal deyil. Bundan əlavə Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma “DQR”in sabiq “müdafiə naziri” Samvel Babayanı “İqla” zenit-raket kompleksinin hissələrini qanunsuz şəkildə çıxarmaq ittihamı ilə həbs edib” – qəzet belə yazır.

Hərbi vertolyotların nə üçün Serj Sarkisyanı müşayiət etməsi ilə bağlı suala Dövlət Mühafizəsi Xidmətinin rəisi Qraçya Arutyunyan cavabında deyib ki, bu heç də Samvel Babayanın həbsi ilə bağlı deyil, standart tədbirdir: “Bilmirəm, iki vertolyotu kim görüb. Biz prezidentin və qoruduğumuz şəxslərin təhlükəsizliyindən irəli gələrək, standart protokol tədbirlərini gerçəkləşdiririk” .

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın