Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Sarkisyan Ermənistan ordusunun itkilərini açıqladı…

Sarkisyan Ermənistan ordusunun itkilərini açıqladı…

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun məruz qaldığı itkilərin bir hissəsini etiraf edib.

APA-nın “armtoday” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.

S. Sarkisyan XİN-ə Ermənistan və “DQR” arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb.

Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın