Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Rusiyalı analitik: “Azərbaycan göstərdi ki, silahlı qüvvələr ciddi arqumentdir”

Rusiyalı analitik: “Azərbaycan göstərdi ki, silahlı qüvvələr ciddi arqumentdir”

Rusiyanın “Alte Et Certe” analitik şirkətinin rəhbəri Andrey Yepifantsev prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində münaqişə ətrafındakı vəziyyəti “Ekonomika seqodnya” adlı nəşrə şərh edib.

Analitik münaqişə ətrafında aprel döyüşlərindən sonra dəyişən vəziyyəti geri qaytarmağın artıq mümkün olmadığını deyib.

“Köhnə situasiya arxada qaldı. Ermənistan bütün gücü ilə danışıqları ləngitməyə və status-kvonu saxlamağa çalışırdı. Çünki İrəvan başa düşür ki, Dağlıq Qarabağı leqallaşdırmaq imkanı hazırda yoxdur, ona görə də danışıqları uzatmaq Ermənistanın  marağındadır. Ancaq apreldən sonra regionda situasiya ciddi dəyişikliklərə məruz qaldı və indi İrəvan hər şeyi geri qaytarmağa ümid etməməlidir”-analitik deyib.

Analitik qeyd edib ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ancaq eyni zamanda bildirir ki, münaqişə müstəsna olaraq dinc yolla həll edilməlidir. Belə vəziyyətdə Azərbaycanın seçim imkanı qalmır. Bu səbəbdən münaqişənin hərbi yolla həlli variantı önə çıxır. “Nəticədə Azərbaycan bu situasiyadan çıxmağa çalışır və “qayığı silkələyir”, bir sıra aktiv hərəkətlər edir. Apreldə isə Bakı göstərdi ki, əgər İrəvan hansısa real addımlar atmasa məsələni güc yolu ilə həll edəcək. Axı ölkənin bunun üçün ciddi imkanları var”-Yepifantsev deyib.

Onun fikrincə, apreldə Azərbaycan göstərdi ki, silahlı qüvvələri çox ciddi arqumentdir. İkincisi, KTMT bu situasiyada işə düşmədi və əgər münaqişə gələcəkdə də ancaq Qarabağda cərəyan edəcəksə çətin ki, işə düşəcək. Nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın istədiyi kimi Azərbaycanı “təcavüzdə” günahlandırmadı.

“Azərbaycanın əl-qolu açılıb və əgər yaxın vaxtlarda danışıqlar prosesində hansısa irəliləyişlər olmasa yaxın aylarda aprel hadisələri daha iri miqyasda təkrarlanacaq, ola bilsin Ermənistanla Azərbaycan arasında irimiqyaslı müharibəyə qədər inkişaf edəcək”-Yepifantsev deyib.

Virtualaz.org

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın