Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Rus əsgərləri Qarabağla Naxçıvan arasındakı ərazidə yerləşəcək

Rus əsgərləri Qarabağla Naxçıvan arasındakı ərazidə yerləşəcək

Vahid Hərbi Birləşmələrin yaradılması ilə bağlı razılaşma çərçivəsində Ermənistanın 4-cü korpusu vahid orduya qatılacaq.
4-cü korpusun yerləşdiyi ərazi diqqət çəkir.
Ermənistan mediasının məlumatına görə, bu korpus Naxçıvanla sərhəddə olan “Vayos Dzore” ərazisində yerləşir. Həmçinin, bura Dağlıq Qarabağ bölgəsinə yaxındır.
Vahid Hərbi Birləşmələrin yaradılması ilə bağlı razılaşmaya əsasən, dinc şəraitdə vahid ordu Ermənistanın Baş qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinə tabe olacaq. Belə görünür ki, Qarabağda hər-hansı müharibə zamanı Ermənistan ordusuna əsas nəzarət Rusiyanın əlində olacaq. Vahid orduya həmçinin, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası daxildir.(publika.az)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın