Ana səhifə / Müsahibə / Qarabağda adam azalıb, ancaq Ermənistandan tanklar gətirilir… – STRATFOR

Qarabağda adam azalıb, ancaq Ermənistandan tanklar gətirilir… – STRATFOR

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzinin Avrasiya regionu üzrə baş analitiki Yevgeni Çauşovski Qarabağda 4 günlük müharibənin dayandırılmasından sonra işğal altındakı ərazilərimizdə olub.

Əslən Rusiyadan olan Çauşovski hərbi əməliyyatların başlamasından əvvəl Ermənistanda ezamiyyətdə olduğunu, həftə sonunu Qarabağda dincəlməyə hazırlaşdığını, ancaq bu vaxt təmas xəttində güclü toqquşmaların başladığını yazır. Buna baxmayaraq tezliklə hərbi əməliyyatlar dayandırılıb və Çauşovski aprelin 5-dən sonra özünün yazdığı kimi İrəvandan marşrut taksiyə oturaraq Dağlıq Qarabağa gəlib.

Analitik bu səyahət haqda təəsüratlarını bölüşərək yazır ki, Ermənistanın Gorus rayonunu keçib Qarabağa yaxınlaşan kimi təzəcə başa çatmış hərbi əməliyyatların əlamətləri hiss olunur. Yol boyu üzü Qarabağa tərəf əsgərlərlə dolu “Kamaz” maşınları hərəkət edir. Laçına çatmamış isə xeyli tank və içərisi əsgərlərlə dolu hərbi maşınlar yolun kənarında dayanıb.

Çauşovski Xankəndinə çatıb ona bələdçilik etməyə razılaşan erməni ilə görüşüb, gecəni onun evində qalıb. Həmin erməni xarici turisti  Qarabağın görməli yerlərini gəzdirmək üçün bələdçilik edib. Və məsləhət görüb ki,Ağdərədə ermənilərin “Biz və dağlarımız” adı verib öz adlarına çıxdıqları qədim alban abidəsinə və Qandzasar monastırına baş çəksin.

Müəllif yazır ki, Qandzasar monastırına aparan yolda ölüm sükutu hökm sürürdü, arada bir keçən hərbi maşınlardan başqa heç bir hərəkət gözə dəyimirdi. Yol boyu heyvan otaran bir neçə çobandan başqa insan da görünmürdü. Çauşovski keçdiyi kəndlərdə evlərin və fermaların da boş olduğunu, ermənilərin təzəcə başa çatmış hərbi əməliyyatlara görə bu yerləri tərk etdiyini yazır. O, yolüstü bir çobanla söhbətləşir, erməni çoban danışır ki, dolanışıq çox çətindir.

Vəng kəndinin üstündə yerləşən Qandzasar monastrı da bomboşdur. Xarici qonağı müşaiyət edən erməni danışır ki, əvvəllər monastıra gedən yolda adam çox olardı, ancaq indi heç kim gözə dəymir. Çauşovski gəzintidən sonra Xankəndinə geri dönüb, orada da mülki adamlardan çox hərbçilərin gözə dəydiyini müşahidə edib.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın