Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Müsahibə / “Ordumuzun qış əməliyyatı təcrübəsi var” – Azad İsazadə

“Ordumuzun qış əməliyyatı təcrübəsi var” – Azad İsazadə

Dağlıq və yüksək dağlıq relyefə malik Qarabağın azad edilməsi üçün mövsüm amilinə diqqət yetirməyin vcibliyi zaman-zaman bir sıra hərbi ekspertlər tərəfindən müzakirəyə çıxarılıb. Belə ki, hərbi-siyasi mütəxəssislərin önəmli bir qismi hesab edir ki, yaz-yay ayları Qarabağda hərbi əməliyyatlara başlamaq üçün ən uğurlu vaxtdır. Onların fikrincə, Qarabağ kimi dağlıq relyevə malik ərazidə qış mövsümündə müharibə aparmaq olduqca çətindir və bu, ordunun itkilərini əhəmiyyətli dərəcədə artıra bilər.
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Azad İsazadə hər mövsümün özünə görə çətinlikləri olduğunu vurğuladı:
“Uğurlu hərbi əməliyyatları şərtləndirən meyarlar çoxdur və bunlardan da biri iqlimdir. Yaz-yay mövsümü sözsüz ki, hərbi əməliyyat üçün daha rahatdır. Amma başa düşməliyik ki, bu, müahribə aparan hər iki tərəf üçün rahatdır. Əks-tərəf yaz-yay mövsümündə daha hazırlıqlı olur və daim zərbə gözləyir.
Azərbaycan ordusunun qış əməliyyatı təcrübəsi də var. Vaxtiylə Horadiz qəsəbəsi, Füzulidəki 18 kənd qış əməliyyatları vaxtı azad olunub. Amma sözsüz ki, qış vaxtı dağlıq zonada əməliyyat aparmaq daha müşküldür. Həm təchizat, həm silah-sursat məsələsi, həm də istilik baxımından qış aylarında hərbi əməliyyat aparmaq daha çətindir”.  Moderator.az

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın