Ana səhifə / Müsahibə / Ordumuzun PUA-sını vurmağa cəhd edən erməni əsgərlərin komik anları – VİDEO

Ordumuzun PUA-sını vurmağa cəhd edən erməni əsgərlərin komik anları – VİDEO

Ermənistan ordusunun əsgərlərinin Silahlı Qüvvələrimizə məxsus pilotsuz uçuş aparatını (PUA) vurmağa cəhd etməsi barədə videogörüntülər yayılıb.

Missiya.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda 5-dən çox sərxoş Ermənistan əsgərinin Azərbaycana məxsus PUA-nı vurmağa cəhd etdiyi görülür.

Sərxoş əsgərlər havaya bir neçə dəqiqə fasiləsiz atəş açsalar da, hədəfi vurmağa nail olmayıblar. Kənarda duran hərbçilərdən birinin əsgərlərə çox əsəbi halda əmr verdiyi də diqqətdən yanınmır.

Əmr verən hərbçi nə qədər təziq etsə də, əsgərlər PUA-nı yerə vura bilmir.

Əsgərlərin hədəfi düzgün vura bilməməsi və hərbçinin qeyri-adi formada əmrlər verməsi sadə ermənilər tərəfindən də xoş qarşılanmayıb. Onlar əsgərləri tənqid və gülüş hədəfinə çeviriblər. Görüntülərin yay aylarında çəkildiyi qeyd edilir.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın