Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Ömər aşırımını Azərbaycan ordusundan nə ayırır?

Ömər aşırımını Azərbaycan ordusundan nə ayırır?

“Ermənistan hakimiyyəti deyir ki, azad edilən ərazilər strateji cəhətdən əhəmiyyətli deyil. Sual olunur: Əgər əhəmiyyətli deyilsə, bəs niyə sakitləşə bilmirsiniz? Əgər o yüksəkliklər vacib olmasaydı, ermənilər bu gün həmin ərazilər barəsində heç bir kəlimə də olsa danışmazdılar”.

Bu fikirləri ANS PRESS-ə Ermənistan ordusunda baş verən ölüm halları, generalların işdən azad edilməsi və ordumuzun azad etdiyi ərazilərin strateji əhəmiyyəti barədə fikirləri şərh edən Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu yüksəkliklərin Azərbaycan Ordusu üçün əhəmiyyəti çox böyükdür: “Azad edilən yüksəkliklərin böyük strateji əhəmiyyəti var. Bir təpəyə qalxmaq lazımdır ki, həmin təpədən digər ərazlərə də nəzarət edə biləsən. Ərazilərə nəzarət etmək isə odur ki, vizual şəkildə radio şüalardan istifadə edən texniki vasitələrin qarşısında bir maneə olmasın

Ancaq həmin ərazlərdən hansısa yeri vurmağa qaldıqda, bizim elə texnikamız var ki, bununla hətta İrəvanı belə vura bilərik. Biz azad edilən ərazilərdən Cəbrayıl rayonuna kimi olan ərazilərdə texniki və digər müşahidələri maneəsiz apara bilirik. Bunun üçün də qarşıda dağ və təpələrin olmaması lazım idi. Ancaq vizual şəkildə 4-5 kilometr ərazini hava şəraitindən asılı olaraq optik cihazlarla nəzarətdə saxlaya bilirik. Bu da, hərbi baxımdan çox böyük əhəmiyyətlidir. Talış yüksəkliyinin də böyük əhəmiyyəti var. Bu yüksəklikdən əhəmiyyətli ərazilər nəzarətdə saxlanılır”.

Ramaldanov, Ermənistanın Qafqaz İnstitutunun siyasi tədqiqatlar departamentinin başçısı Sergey Minasyanın “Azərbaycanın azad etdiyi ərazilərin əhəmiyyəti yoxdur. Onlar Ömər aşırımını azad etsəydilər bunun daha böyük əhəmiyyəti olardı” fikrinə də münasibət bildirib:

Polkovnikin sözlərinə görə, erməni ekspertin dedikləri hərbi savadsızlıqdan başqa bir şey deyil. Belə ki, Ömər aşırımı Kəlbəcər ərazisindədir. Həmin ərazidə isə Ömərdən də yüksək olan aşırımlar var. Yəni bu aşırımdan Ermənistana nəzarət etmək olar fikri yalnışdır. “Bizi aşırımdan cəmi 1500 metr məsafə ayırır. Azad etdiyimiz ərazilər qarşı tərəfi tam nəzarətdə saxlamağa imkan verir. Ordumuz Ermənistan tərəfini Gədəbəydən, Tovuzdan, Qazaxdan da nəzarətdə saxlayır”.

Şair Ramaldanov son günlər Ermənistan ordusunda artan ölüm hallarından, “dedovşina”dan da danışıb.

Onun sözlərinə görə, aprel ayında Azərbaycanın keçirdiyi hücum əməliyyatları hələ uzun müddət Emənistanda əks-səda doğuracaq. Azərbaycan ordusu bu döyüşlərdə öz qabiliyyətini göstərdi və həmin yüksəklikləri ələ keçirmək üçün elə də böyük bir əməliyyat aparmadı, qüvvə sərf etmədi. Bu döyüşlərdən sonra qarşı tərəfdə problemlər və gizli qalan məsələlər üzə çıxmağa başladı. Ermənilərin geri çəkilərək qurduğu postlar hərbi cəhətdən çox savadsız şəkildə qurulub.

Polkovnik deyir ki, onlar artıq bizim azad etdiyimiz təpələrin ətəyində məskunlaşıblar və ordumuz həmin erməni postlarını tam nəzarəti altında saxlayır. “Təbii ki, bu da qarşı tərəfin ordusunda psixoloji sarsıntıya səbəb olur və onlar bir-birini güllələyir, yaxud müxtəlif formada öldürürlər. Onların əsgərləri bizim açdığımız atəş nəticəsində ölmür. Erməni əsgərlər təpələrin aşağısında yerləşdikləri postları tərk etmək istəyirlər. Azərbaycan ordusu strateji yüksəklikləri almazdan əvvəl həmin əraziləri yaxın kəndlərdə yaşayan sakinlər qoruyurdu. Ancaq yüksəkliklər azad edildikdən sonra yerli sakinlər kəndlərdən çıxdı və müdafiəni həyata keçirməsi üçün postlara əsgərlər yerləşdirildi. Həmin əsgərlər isə hazırda həyacan içindədir. Bundan başqa Ermənistan ordusunda “dedovşina” da qalmaqdadır. Təbii ki, bunun da ölüm hallarında öz rolu var. Ancaq burada aprel döyüşlərinin də rolu ola bilər. Ola bilər ki, qarşı tərəf aprel döyüşləri zamanı olan itkilərini həmin vaxt sərt reaksiya ilə qarşılaşmamaq üçün məhz indi üzə çıxarsın”.

Polkovnik Ramaldanov Ermənistan ordusundakı panikanı həm də silah sursat çatışmazlığı ilə əlaqələndirib. O, deyir ki, erməni ordusunu gücləndirmək üçün təyinatlar olur. Amma bu əbəsdir…

“Belə bir misal var. Toplananların yerini dəyişdikdə, cəm dəyişmir. Ermənistan ordusunun bu təyinatlardan sonra da güclənməsi mümkün deyil. Çünki işdən qovulan və yeni təyin edilən zabitlər hamısı eyni akademiyaların, eyni məktəblərin məzunlarıdır. Bunun ordu üçün heç bir müsbət təsiri olmayacaq. Həm də, axı yeni təyin edilən general özü ilə silah gətirmir. Erməni ordusunun əsas problemi silah problemidir. Bu gün müasir ordu silah, maliyyə dəstəyi və insan faktoru çox olan ordudur. Bu 3 faktor qarşı tərəfin ordusunda çox aşağıdır”.

Ermənistan Rusiyadan aldığı silahlara arxayındır. Amma vacid olan odur ki, azərbaycanda daha yaxşı və müasir silah-sursat var. Rusiya isə qarşı tərəfə özünün köhnə silahlarını verir və Ermənistana seçim şansı tanımır. Çünki ermənilər seçim üçün Rusiyaya pul ödəmirlər. “Rusiya höküməti Ermənistana öz seçdiyi silahları verir. Azərbaycan isə özünə lazım olan vacib olan silahları alır. Ona görə də, onların bizimlə rəqabət aparması mümkün deyil”.

Acınacaqlı şəraitdə olan erməni hakimiyyəti isə xalqı boş vədlərləd aldatmaqdan başqa heç nə edə bilmir. Elə erməni deputatlaçrın işğaldan azad edilən əraziləri sentyabra kimi qaytaracaqlarını iddia etməsi buna dəlalət edir.

“Axı Ermənistan siyasi hakimiyyəti xalqa nə versin?. Belə vədlərlə əhalini sakitləşdirmək və özlərini təmizə çıxarmaq istəyirlər. Əgər onların imkanı olsaydı, həmin əraziləri elə aprel döyüşlərindən sonra geri qaytarardılar. Bu keçən müddətdə Azərbaycan ordusu azad etdiyi həmin ərazlərdə möhkəmlənib, mühəndis istehkam qurğuları quraşdırıb və hərbi cəhətdən müdaxilədən müdafiəni tam şəkildə təmin edib. Bütün bunlardan sonra həmin ərazilərin yenidən işğal edilməsi mümkün olmayan haldır. Əgər onlar ordumuz həmin ərazilərdə möhkəmlənməzdən əvvəl bu işi həyata keçirsəydilər, onda bəlkə də uğur qazana bilərdirlər. Ancaq 3-4 aydan sonra onların belə bir addım atmaq istəməsi heç bir halda mümkün deyil. Hazırda onların şansı sıfıra bərabərdir”. Polkovnik ermənilərin bu iddialarını hərbi savadsızlıqdan başqa bir şey olmadığını deyir.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın