Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müsahibə / NATO – “Rusiya Dağlıq Qarabağ münaqişəsindən istifadə edir”

NATO – “Rusiya Dağlıq Qarabağ münaqişəsindən istifadə edir”

“Rusiya Cənubi Qafqaz regionunda təsirini saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edir”.

Bu barədə NATO-nun Avropada Birləşdirilmiş Silahlı Qüvvələrinin komandanı, general Filipp Bridlav ABŞ Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya beynəlxalq aləmdə lider mövqeyini bərpa etmək üçün təsir zonasını genişləndirməyə davam edir: “Suriya müharibəsində Moskvanın iştirakı problemi dərinləşdirdi”.

F. Bridlav qeyd edib ki, Rusiya Ermənistanı silahlandırmaqla regionda sabitliyi pozur: “Bu siyasət Qafqazda sabitliyə nail olmaqda ən böyük maneədir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində gərginlik xeyli dərəcədə kəskinləşib. 1994-cü ildə əldə olunan atəşkəsdən sonra 2015-ci il münaqişə tarixinin ən dəhşətli dövrü olub”.

NATO komandanı vurğulayıb ki, Rusiya Qarabağ və digər dondurulmuş münaqişələrdən istifadə edərək, bu problemlərin yaşandığı regionları öz təsirində saxlamağa çalışır.

“Rusiya təzyiq göstərir, manipulyasiya edir, ən yaxın qonşunlarına hücum edərək ərazi bütövlüyünü pozur. Rusiya beynəlxalq hüquqa riayət etmək istəmir”, – deyə o bildirib.(publika.az)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın