Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi tenderlərlə bağlı ittihamlara cavab verdi

Müdafiə Nazirliyi tenderlərlə bağlı ittihamlara cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi (MN) satınalmalar və tenderlərlə bağlı ittihamları cavablandırıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, bu günlərdə moderator.az saytında bir qrup sahibkarın iddialarını ictimailəşdirib.

Nazirlik yazıda əks olunan iddiaların heç biri həqiqəti əks etdirmədiyini qeyd edib.

Məlumatda bildirlib ki, MM rəsmi mətbuatda və Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalarla bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirir.

“Satınalmaların şərtlərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir” deyə bildirilir.

MN qeyd edir ki, qaydalara uyğun sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müqavilələr bağlanılır: “Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir”.

Nazirlik yoxlamanının nəticələrinə uyğun olaraq satınalmanın şərtlərinə cavab verməyən müəssisələrdə çəkilən fotoları da təqdim edib.

MN vurğulayıb ki, satınalmalarda qalib gəlməyənlərin bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, həmçinin şantaj və hədə-qorxu ilə nəyəsə nail olmağa çalışırlar.

Nazirlik bir daha medianı Silahlı Qüvvələrin işgüzar nüfuzuna xələl gətirən, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, ictimaiyyəti çaşdırmaq məqsədi güdən yazılardan çəkinməyə çağırıb.

◀▶

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın