Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: “Öz aralarında atışma nəticəsində erməni hərbçiləri arasında ölənlər var”

Müdafiə Nazirliyi: “Öz aralarında atışma nəticəsində erməni hərbçiləri arasında ölənlər var”

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bəyan edir ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə “diversantlar” görsənir: “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb”.

Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib.

Qeyd edək ki, erməni KİV-lərinin yaydığı məlumata görə, guya Azərbaycan Ordusunun 20-25 nəfərdən ibarət xüsusi təyinatlıları ötən gecə saat 1:40 radələrində gecə cəbhə xəttində erməni mövqelərinə hücum edib. Lakin Azərbaycan hərbçiləri itki verərək geri çəkilməyə məcbur ediliblər. (Trend)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın