Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun dinc əhaliyə atəş açması barədə məlumatlar yalandır

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun dinc əhaliyə atəş açması barədə məlumatlar yalandır

“Ermənistan hakimiyyəti hazırda ölkədə baş verən iğtişaşlardan əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan silahlı bölmələrinin guya atəşkəs rejimini pozaraq mülki əhaliyə atəş açması barədə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat yayıb”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə tam riayət edir və beynəlxalq hüquq prinsiplərinə və humanitar normalara uyğun olaraq heç bir halda mülki əhali və obyektləri hədəf seçmir: “Bu kimi məlumatların yayılmasında Ermənistan hakimiyyətinin məqsədi hazırkı durumda cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək və planlaşdırdıqları təxribatlara qabaqcadan haqq qazandırmaqdır”.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın