Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: Azərbaycan ordusu hələ “Smerç”dən istifadə etməyib

Müdafiə Nazirliyi: Azərbaycan ordusu hələ “Smerç”dən istifadə etməyib

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun onlara qarşı “Smerç” silahından istifadə etməsi barədə məlumat yayıb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın