Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: Ələ keçirilən mövqelər ordumuzun nəzarəti altındadır

Müdafiə Nazirliyi: Ələ keçirilən mövqelər ordumuzun nəzarəti altındadır

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb. (APA)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın