Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Mirkazım Seyidov: “Rusiya Qarabağa status tələb edərsə, sülhməramlıların ölkəmizdən çıxmasını tələb etməliyik” – VİDEOMÜSAHİBƏ

Mirkazım Seyidov: “Rusiya Qarabağa status tələb edərsə, sülhməramlıların ölkəmizdən çıxmasını tələb etməliyik” – VİDEOMÜSAHİBƏ

Böyük Dayaq Partiyası (BDP) Təşkilat Komitəsinin sədri Mirkazım Seyidov ölkədə və dünyada baş verən ən son siyasi poseslərlə bağlı Azinforum.az saytına geniş videomüsahibə verib.

M.Seyidov bir çox mühüm məqamlara aydınlıq gətirib. O, Rusiyada bir çox dairələr tərəfindən səsləndirilən “Qarabağın statusu ilə bağlı məsələ gələcəkdə müzakirə oluna bilər” kimi qalmaqallı fikirləri də şərh edib. 

Qeyd edib ki, Prezident İlham Əliyevin bu məsələyə birdəfəlik nöqtə qoyub, odur ki, Qarabağın heç bir statusu ola bilməz və bu istiqamətdə səsləndirilən fikirlər də boğazdanyuxarı bəyanatlardır.

M.Seyidov deputat Siyavuş Novruzovun Milli Məclis üzvlərinin ezamiyyət xərclərinin artırılması ilə bağlı təklifinə çox sərt reaksiya verib. O, bildirib ki, saxta yolla parlamentdə oturan şəxslər yalnız öz maraqlarını düşünürlər.

M.Seyidov yaxın gələcəkdə təcili şəkildə növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyindən də danışıb.

Azinforum.az bu və digər məsələlərlə bağlı sualları cavablandıran M.Seyidovun müsahibəsini təqdim edir:

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …