Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Müsahibə / ”Məni ölkəmizin müstəqilliyi günündə vurdular” – Sabiq polis əməkdaşı – FOTOLAR

”Məni ölkəmizin müstəqilliyi günündə vurdular” – Sabiq polis əməkdaşı – FOTOLAR

“Dedilər ki, Qarabağda vuruşmamısan, sənə avtomobil düşmür”

Tovuz rayonu, Əlibəyli kənd sakini 47 yaşlı Azər Nağıyev uzun illər polis nəfəri vəzifəsində çalışıb, düşmənlə üz-üzə olan kənddə 12 il xidmət edib. 
2004-cü ilin oktyabr ayının 18-də, yəni Milli müstəqillik günündə erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində ağır yaralanıb.
Hadisə nəticəsində A.Nağıyev hər iki ayağının hərəkət qabiliyyətini itirib. 2 övladı olan Azər o gündən bəri əsa ilə gəzir. Maddi durumu heç də yaxşı olmayan veterana 2005-ci ilin may ayında 1-ci qrup əlillik statusu verilib. Lakin o, əlillər üçün nəzərdə tutulmuş və dövlət tərəfindən verilməli olan avtomobilə sahib ola bilmir. Çünki aidiyyəti orqanlar ona müxtəlif bəhanələr gətirir:
“Məni ölkəmizin müstəqilliyi günündə vurdular. Əynimdə polis forması var idi. İşdən evə gedirdim. Birdən 3 dəfə atəş açıldı və onlardan biri mənə dəydi. Güllə bədənimdə gəzib, bir neçə vacib orqanımı zədələdi. Ayağımla bağlı olan sinirlərimi parçaladı. Buna görə də ayaqlarımı idarə edə bilmirəm.
Əlavə gəlirim yoxdur. Təsərrüfatla məşğul olmaq üçün fiziki imkanım yoxdur. Oğlum universitetdə oxuyur. Bir müddət əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olmuşam. O, mənə kömək edəcəyi ilə bağlı söz verdi. Daha sonra nazir müavini İlqar Rəhimovla görüşdüm. O, mənə sənədlərimi toplamağı tapşırdı. Bir müddət vaxt keçdi. Bütün sənədlərimi yığdım və nazirliyə bir daha müraciət etdim. Amma mənə bu dəfə dedilər ki, “Qarabağda vuruşmamısan, döyüşlərdə iştirak etməmisən, buna görə də sənə avtomobil düşmür”. Evdə 100 yaşlı anam var. Özüm də xəstəyəm”.
Nağıyevin sözlərinə görə, ondan açıq-aşkar olmasa da, rüşvət istəyiblər: “Mənə dedilər ki, sənə avtomobil düşmür, amma başqa cür həll edə bilərik. Mən cəbhə bölgəsində yaşayan və burada xidmət edən biriyəm. Məni ermənilər qəsdən vurublar. İndi halım göz qabağındadır. Əsa ilə gəzirəm. Bu durumda belə, mənim səsimi eşidən yoxdur”.
Əlillərə verilən avtomobillərin sahiblərini araşdırsaq, çoxsunun Bakıda taksi fəaliyyəti ilə məşğul olduğunu görəcəyik. Çünki bəzilərinin fiziki cəhətdən heç bir problemi yoxdur. Lakin Azər Nağıyev kimi şəxslərə yardım edilmir. Onun bu avtomobildə olan haqqı digərlərindən heç də az deyil.





Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın