Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Hərbi prokuror da təsdiqlədi – “Ermənilər meyitlərə hörmətsizlik edib”

Hərbi prokuror da təsdiqlədi – “Ermənilər meyitlərə hörmətsizlik edib”

Erməni silahlı birləşmələri aprelin 2-dən 5-dək cəbhə bölgəsində törətdiyi təxribat zamanı döyüş meydanında qalmış meyitlərə qarşı zorakılıq və hörmətsizlik ediblər.

” Azinforum.az ” modern.az-a istinadən xəbər verir ki, bunu aprelin 15-də Müdafiə Nazirliyində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın