Ana səhifə / Müsahibə / Hədələnən Mehriban Xanlarova qorxu içində: “Məmurun sifarişidir”

Hədələnən Mehriban Xanlarova qorxu içində: “Məmurun sifarişidir”

Əməkdar artist adının əlindən alınacağı, ölkədən sürgün ediləcəyi, efirlərə qadağa qoyulacağı, prezident mükafatından azad ediləcəyi ilə hədələnən və buna görə mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edən aktrisa, əməkdar artist Mehriban Xanlarova hüquq mühafizə orqanlarına da müraciət edib.
Aktrisa hadisə ilə bağlı Yenicag.az-ın suallarını cavablandırıb.
– Sizi hədələyən şəxsin kimliyi barədə məlumatınız varmı?
– Yox, heç bir şey bilmirəm.
– O sizə zəng edib hədələyir, yoxsa?
– Yox, yalnız İnstaqram hesabımda şəxsiyə yazıb. Onun qadın, ya kişi olduğunu da bilmirəm. Hətta məni işdən çıxaracağı ilə də qorxudur.
– Heç şübhələndiyiniz və düşmən münasibətdə olduğunuz şəxslər də yoxdur?
– Qətiyyən, mənim düşmənçilik etdiyim adam yoxdur.
– Küsülü olduğunuz sənət adamları da var…
– Yox, yox, bu, onların işi deyil. Məncə, bu, hansısa məmurun sifarişidir.
– Efirdə tez-tez kəskin çıxışlarınızla yadda qalan aktrisasınız. Ola bilərmi, kiminsə ünvanına söylədiyiniz sərt sözlərinizə reaksiyadır?
– Mən heç vaxt efirdə siyasi səhv buraxmamışam.
– Sizə yazılanları polisə təqdim edib, onun kimliyini müəyyən etmək mümkündür. Nə əcəb bunu etmirsiniz?
– Yazılanları polisə verməmişəm, amma hüquq mühafizə orqanlarına da müraciət etdim. Prezidentimə, birinci xanıma və baş prokuror Zakir Qaralova müraciət etmişəm. İnanıram ki, haqq öz yerini tapacaq.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …