Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Ermənistan nümayəndə heyəti bayraqlarını toplayaraq…”

“Ermənistan nümayəndə heyəti bayraqlarını toplayaraq…”

İspaniyanın paytaxtı Madriddə 7-ci dəfə keçirilən “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən “Sabah”ın futbolçuları Vətənə kubokla dönüblər. Layihə çərçivəsində  “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilən gənc mütəxəssis Samir Əbdürrəhmanov Sportfm.az-a Madriddə gördüklərindən danışdı. 

– Bu çox böyük bir futbol layihəsidir. Onun sabiq futbol ulduzlarından ibarət xüsusi səfirləri var. Rusiyanın “Qazprom” şirkətinin sponsorluq etdiyi layihənin əsas məqsədi futbolu insanlara sevdirmək, onun mübarizədən daha çox dostluq və əyləncə olduğunu aşılamaqdır.
– Layihənin rəsmi saytında Madriddə uşaqların və məşqçilərin ayrı-ayrı məkanlarda məskunlaşdını qeyd ediblər. Bu nə üçün belə idi? 

– Ora çatanda bizə belə olacağını dedikləri zaman təəccübləndik. Ancaq sonradan bunun səbəbini izah etdikdə, hər şey aydın oldu. Təşkilatçıların belə etməkdə məqsədi uşaqlara daha çox sərbəstlik vermək istəyi ilə bağlıdır, üstəlik məşqçilər də orda boş dayanmır, biz daima xüsusi seminarlarda iştirak edirdik. 
– Həmin tədbirlərə kimlər rəhbərlik edirdi? 

– Dünyanın bir çox sabiq futbol ulduzu – Marko Materazzi, Aleksey Smertin, Roberto Karlos və digərləri həmin seminarları aparırdı. 
– Turnirdə iştirak edən komandalar necə bölünürdü?

 – Bunun üçün xüsusi püşkatma mərasimi keçirildi. Komandalar qruplara bölünürdü. Həm qrupda 5 komanda mübarizə aparırdı. Qrup mərhələsində 4 qarşılaşma baş tuturdu. Futbolçularımızdan Babamirzə Mehdiyev nisbətən zəif uşaqlarla birlikdə oynamalı oldu. Məhz ona görə onların komandası mübarizəni qrup mərhələsində dayandırdı. 
– 70 nəfər məşqçi arasında diploma layiq görülən 15 nəfərdən biri oldunuz. 

– Seminarlara çox ciddi yanaşırdım. Orda Azərbaycanı təmsil edirdik, layiqli olduğumuz yeri tutmalı idik.  

– Ancaq reqlamentə görə orda olan 70 məşqçinin heç biri meydana komanda çıxara bilməzdi. Bu qəribə qayda nə ilə bağlı idi? 

– Bəli, kateqoriyaya sahib mütəxəssislər futbolçulara göstəriş verə bilmirdi. Onlara 16-17 yaşlı gənc futbolçular rəhbərlik edirdi. Bunu da onların təcrübə yığması üçün etmişdilər. Biz isə tribunada əyləşib onların işinə qiymət verirdik. 
– Və turnir zamanı baş tutan açıq məşq Ginnesin Rekordlar kitabına düşməyi bacardı. – Açıq məşqi “Barselona”nın futbol akademiyasının koordinatoru Migel Puç keçirdi. O həm də seminarlarda iştirak edirdi. Mükəmməl bir təcrübə idi. 
– Siz orda olduğunuz dönəmdə Bakıda Avropa Liqasının final matçı baş tutdu. Görüşü izləyə bildinizmi?

– Əlbəttə. Turnirin qonaqlarının məskunlaşdığı binada akt zalı vardı, final günü həmin yerdə böyük ölçülü monitor quraşdırılmışdı. Mən Azərbaycan bayrağı ilə ora daxil olanda hamı qalxıb əl çalmağa başladı. Çox qürurverici bir an idi. Zala toplaşanların hamısı stadionu və təşkilatçılığı çox bəyəndilər. Biz nümayəndə heyəti olaraq Çempionlar Liqasının finalını da izlədik. Açığını deyim ki, Bakıdakı görüş ondan çox baxımlı oldu. 
– Finalda heyətində qapıçı Ayxan Əlizadənin yer aldığı komanda qalib gəldi. Oyun necə keçdi?

Çox həyəcanlı. Ayxan finalda mükəmməl çıxış etdi. Matç bərabərə bitdi və istedadlı futbolçumuz penaltilər seriyasında 2 dəfə topun tora qovuşmasına icazə vermədi. Günün qəhramanı Ayxan oldu. O oyun bitən kimi meydanda Azərbaycan bayrağı ilə dövrə vurmağa başladı. Bu zaman tribunada əyləşən Ermənistan nümayəndə heyəti bayraqlarını toplayaraq oranı tərk etdi. 
– Yenidən qayıdaq reqlamentə. Qaydalara görə, Ayxanın çempionluq kuboku Madriddə qalmalı idi, ancaq kubok Bakıdadır!– Nəsə yenilik etməliydik axı(gülür). Bəli, reqlamentə əsasən kubok heç bir komandaya verilmir, təşkilatçılarda qalır, ancaq bizlər üçün ilk dəfə olaraq istisna etdilər. Bu da gözəl çıxışımızla bağlı idi.  
Qeyd edək ki, qapıçı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. İspaniyaya yollanan digər futbolçulardan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb. 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …