Ana səhifə / Müsahibə / Ermənistan 170 qızı cəbhəyə göndərir – “Oğlanlar ordudan qaçır”

Ermənistan 170 qızı cəbhəyə göndərir – “Oğlanlar ordudan qaçır”

“Ermənistan hökuməti Dağlıq Qarabağda tezliklə münaqişənin alovlanacağı ehtimalına görə cəbhəyə göndərmək üçün qadınları səfərbər edir”.

Bu barədə Almaniyanın “Tageszeitung” qəzeti yazıb. Qəzet yazır ki, ötən həftə İrəvanda 170 qadın hərbi hazırlıq kurslarına başlayıb.

Kursun məşqçisi 50 yaşlı Vova Vardanov deyir ki, könüllü qadınlar orduda xidmət edəcək: “Çünki ölkənin əhalisində ciddi ixtisarlar var və xidmət üçün əsgər çatışmır. Bizə canlı qüvvə daha çox lazımdır. Çünki ordunun silahları əsasən Sovet dövründən qalmalardır”.

“Tageszeitung” qeyd edir ki, Ermənistanda əhali ciddi şəkildə azalıb.

“Cavanlar əsasən ölkəni tərk edirlər. Ölkədə qalanlar isə orduda xidmət etməmək üçün müxtəlif bəhanələrdən istifadə edir”, – deyə o bildirib.
publika.az

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın