Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / Ermənilər Qarabağa “İsgəndər” yerləşdirə bilməyəcək – FOTOLAR

Ermənilər Qarabağa “İsgəndər” yerləşdirə bilməyəcək – FOTOLAR

Viktor Muraxovski: “Ermənilər özlərindən əcinnə düzəltməyi sevirlər”

Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində qüvvələr balansını təmin etmək üçün Rusiyanın İrəvana “İsgəndər” raketləri satacağı barədə erməni KİV-lərinin yazdığı materiallar həqiqətə uyğun deyil.
ANS PRESS-in məlumatına görə, Rusiyada dərc olunan “Arsenal Oteçestva” (Vətən silahı) jurnalının baş redaktoru, Rusiya hökuməti hərbi sənaye komissiyası sədrinin yanında Ekspert Şurasının üzvü Viktor Muraxovski bildirib.
Viktor Muraxovskinin sözlərinə görə, “İsgəndər” raket kompleksi tamamilə spesifikdir və Ermənistan bu kompleksdən istifadə edərək öz təhlükəsizliyini təmin etməyə qadir deyil.
“Kompleksə 500 kilometr dərinliyə qədər işləməyi bacaran kəşfiyyat vasitələri lazımdır. İrəvan belə vasitələrə malik deyil”,- deyə rusiyalı hərbi ekspert vurğulayıb.
Onun fikrincə, “İsgəndər” raketləri stasionar hədəfləri – hava limanlarını, idarəetmə mərkəzlərini, rabitə qovşaqlarını vurmaq üçün nəzərdə tutulub. “Ermənistan isə ilkin məsələni həll etməlidir – elə alətlərə malik olmalıdır ki, ölkənin müdafiəsini təmin edə bilsin”,- deyə Muraxovski bildirib.
Viktor Muraxovski 
Rus hərbi ekspertin fikrincə, Gümrüdəki 102-ci Rusiya hərbi bazasına da “İsgəndər” raket kompleksi lazım deyil: “Bizim hərbçilərə hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli reaktiv yaylım sistemləri lazımdır ki, onların da hamısı Gümrüdə var. KİV-lərdə dəfələrlə Gümrüyə “İsgəndər M” komplekslərinin daşınması məsələsi müzakirə olunub. Amma Gümrüdə heç zaman bu sistemlər olmayıb”.
“İsgəndər” raket kompleksi 
“İndiki dillə desək, ermənilər qonşularının gözündə özlərini əcinnəyə çevirməyi sevirlər. Özü də Azərbaycan Rusiyadan iri partiya hücum silahları alıb. Təkcə T-90 tankları 200-ə yaxındır. Ağır atəş sistemləri, “Smerç” kompleksləri və s. də var. Təbii ki, bu erməniləri narahat edir və periodik olaraq onların mətbuatında bu cür yalanlar yer alır”,- deyə Viktor Muraxovski vurğulayıb.
“Smerç” kompleksi 

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın