Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Erməni general Azərbaycanı snayperlərlə hədələdi

Erməni general Azərbaycanı snayperlərlə hədələdi

Aprel hadisələrinin ildönümü yaxınlaşdıqca düşmən tərəf vaxtaşırı həm qorxduğunu nümayiş etdirir, həm də Azərbayacana yönəlik hədə bəyanatları verməklə qorxduğunu ört-basdır etməyə çalşır.

Növbəti dəfə Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan öz sayıqlamaları ilə diqqət çəkməyə çalışıb. Bununla bağlı Musavat.com erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni general aprel döyüşlərindən sonra mühəndis-istehkam işləri və silahlanma ilə bağlı məsələlərin yerinə yetirilməsi işlərinin sürətləndirildiyini deyib. Erməni nəşrinə müsahibəsində o bildirib ki, Azərbaycanın aprel “hücumu” onları işlərini sürətləndirməyə sövq edib.

“Aprel hadisələri sübut etdi ki, düşmən öz strategiyasını dəyişib. Təbii olaraq biz də hərbi qulluqçularımızın hazırlıq metodikasını dəyişdik” – L.Mnatsakanyan iddia edib.

Daha sonra o, Qarabağdakı snayperlərin hazırlıq səviyyəsindən dəm vurub. İddia edib ki, Qarabağdakı snayperlər Azərbaycan tərəfin snayperlərindən bir neçə dəfə yaxşı səviyyədə hazırlanıb. Azərbaycanın ordusunun ən müasir silahlarla təchiz olunması sualının cavabında erməni separatçısı absurd iddia səsləndirib. Deyib ki, “müasir silah almaq hələ o demək deyil ki, onlar onu tətbiq etməyi bacarırlar”.

Erməni generalın digər iddiaları da sayıqlama təsiri bağışlayır. Keçən ilin aprel hadisələrindən sonra bir neçə dəfə öldü-qaldısı barədə ziddiyyətli xəbərlər yayılan Levonun “xoruzlanması” maraqlı məsələdir. Ola bilsin ki, o, İrəvandan, yaxud da Moskvadan aldığı təlimata uyğun şəkildə ortaya çıxıb və Azərbaycanı cavab tədbirləri görməyə sövq etmək istəyir.

“Dağlıq Qarabağ separatçılarının “müdfiə naziri” Levon Mnakaçanyan deyəsən, yenidən “xortlayıb”. Biir neçə gün bundan əvvəl Ermənistanın aparıcı media orqanları bu yaramazın guya Azərbaycanın işğal altında olan ərazilərində ezamiyyət zamanı “ağır yaralanması” barəsində məlumat yaymışdılar”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Ekspertin sözlərinə görə, bu bədnam general “xortlayandan” dərhal sonra elə bir açıqlama ilə çıxış edib ki, adamım sadəcə gülməyi gəlir: “Mən bu bədbəxtin sayıqlamalarını çox vaxt sərf etmədən onun snayperlərlə – kəskin atıcılarla – bağlı dediyi sözlərin bir məqamına toxunmaqla onun necə bisavad, necə diletant olmasını sizə sübut etməyə çalışacağam. Bu binavənin deməsinə görə, 2016-cı ilin aprel hadisələrinə qədər bunlarda snayperlərlə iş lazımı səviyyədə qurulmayıbmış. Yalnız o hadisələrdən sonra bu kateqoriyadan olan hərbçilərin hazırlıqlarına xüsusi diqqət ayırmağa başlayıblar. Özü də, onların daha çox gecə hazırlıqlarına önəm verilib. Və guya bu illər ərzində onlar əldə edə bilmədikləri nəticəni bu tam olmayan 11 aya əldə ediblər. Vallah, adam bunların bu qədər həyasız davranışlarına və sayıqlamalarına mat-məttəl qalır. Əvvala, ay bədbəxt əldəqayırma general-leytenant, sənin əgər həqiqətən də hərbi savadın və ya bacarığın varsa, bilməlisən ki, 1 ilə yaxşı snayper hazırlamaq ancaq və ancaq inkişaf etmiş ölkələr üçün əlçatan bir işdir”.

Ü.Cəfərov erməni ordusunun durumu ilə bağlı elə Ermənistanda açıqlanan faktarı xatırlatdı: “Dünənə kimi erməni ordusu “bəh-bəh”lə təriflənirdisə, son zamanlar məlum oldu ki, bunların aprel döyüşündə heç tanklara tökməyə yanacaqları belə olmayıb və yanacaq əvəzində hərbi texnikanın çənlərinə su doldururlarmış. Bunu ki, biz yox, işğalçı ölkənin hazırkı baş naziri Karen Karapetyan və yeni müdafiə nazirləri Vigen Sərkisyan özləri etiraf ediblər. Bu zavallı general özünü “çox ağıllı” göstərmək üçün deyir ki, həqiqətən də Azərbaycanın çox güclü silahları var. Amma öz xain və xəbis erməni ənənəsinə sadiq qalaraq deyir ki, müasir texnikanın və silahın olması hələ o deyil ki, sən onu istifadə edə bilirsən. Beləsinə demək lazım, ay bədbəxt erməni dığası, unutma ki, siz az qala öz aravadlarınızın da bəzi məsələlərini ruslara və digər millətlərə həvalə edib, “kişilikdən” dəm vurasınız! Əslində erməni “general”ın sayıqlamaları Azərbaycana onun və onun kimilərin necə ağılsız olmasını bir daha başa salmaq üçün çox gözəl şans yaradır”.

Qeyd edək ki, bu arada Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir. Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür. Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Serj Sərksiyanın diqqəti Qarabağ cəbhəsinə yönəltmək və seçki saxtakarlığını rahat şəkildə həyata keçirmək üçün təxribatlara əl atacağı barədə ehtimallar özünü doğruldur.

Hərbi ekspert Ü.Cəfərov da Azərbaycanın işğal altındakı ərazilərdə keçirilən növbəti hərbi təlimləri də təxribat cəhdi kimi qiymətləndirdi və ordumuzun düşmənə sarsıdıcı zərbə vurmaq üçün hər an hazır olmasını zəruri saydı.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın