Ana səhifə / Müsahibə / Elza Seyidcahan müsabiqədən kənarlaşdırılmasından danışdı: “Mənə dedilər ki… “ – Müsahibə

Elza Seyidcahan müsabiqədən kənarlaşdırılmasından danışdı: “Mənə dedilər ki… “ – Müsahibə

Əməkdar artist Elza Seyidcahan ARB-də yayımlanan qalmaqallı “Xalqın şairi” verilişinin münsifliyindən gedib. Bu barədə axşam.az saytı məlumat yayıb. Məlumata görə, sənətçinin ilk buraxılışı yayımlanan layihə ilə yolları qəfil ayrılıb.

Məsələyə aydınlıq gətirmək üçün Musavat.com saytının əməkdaşı əməkdar artist Elza Seyidcahanla əlaqə saxlayıb. Əməkdar artist ilk öndə onun barəsində səslənən ifadələrə etiraz edib:

““Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçinin bu dəfə özünün “qiymət” verməyi narazılığa səbəb olmuşdu… “Bilmirəm bunu kim yazıb. Amma buna cavab olaraq deyirəm ki, Elza Seyidcahan heç kəsin əlinə düşməyib ki, nə onun yaradıcılığı, nə də özü ələ salınsın. E.Seyidcahanın yaradıcılığı tarixə düşüb və bütün hamı bu haqda danışır və illərlə də danışacaqlar da. Bəziləri paxıllıqlarından bunu ələ salmaq kimi başa düşürlər. Axı onlara nəsib olmayıb ki, onlardan danışılsın, müzakirə edilsin. Bu, ələ salmaq demək deyil, müzakirə deməkdir. Bir şey ki, hələ araşdırılmayıb, ondan danışmaq doğru deyil.

– Layihədən çıxarıldığınız doğrudurmu?

-Xeyr, layihədən çıxarılmamışam, niyə də çıxmalıyam ki?! Orda olan müddətdə aşıq Əhliman da bir həftə gəlib iştirak etdi, daha bir həftə gəlmədi. Bizim çox gözəl alimimiz Niyaməddin müəllim və digərləri də bir neçə dəfə layihəyə gəlib-getdilər. Mənə maraqlıdır ki, onların getməsi müzakirə olmur, amma mənim gəlişim də, gedişim də geniş müzakirə edilir. Deməli, Elza çox maraqlı insandır. Mənim bu layihəyə gəlməyim ona görə yaxşı oldu ki, bəzi şeirə, poeziyaya dırnaqarası baxanlar artıq bu layihəyə birə-beş baxacaq. Mübariz müəllimin özü bunu mənə etiraf edib. Azərbaycanın o qədər gözəl söz ustadları, yazarları, xadimləri var ki, məgər Elza oranı özlləşdirib oturmalıdır? Mübariz müəllim də mənə dedi ki, “Elza xanım, ola bilər ki, layihə dövründə gedib-gələsiz, o demək deyil ki, siz çıxmısız. Yenə də gələcəksiz, yəni yerdəyişmə ola bilər”.

– Yəni layihədə qalırsız?

– Əlbəttə.

– Bundan sonrakı verilişə çıxacaqsız?

– Dəvət edəcəklərsə, gedəcəm. Mən ordan küsüb çıxmamışam, nə də elə bir qanun yoxdur ki, layihədə sonadək iştirak edim. Yəni layihədə olmamağım o demək deyil ki, gedib bir daha gəlməyəcəm. Olmasam, siz buna çox da fikir verməyin.

– Bəzən iddia edilir ki, əslində bu cür qalmaqallar verilişin piarına hesablanıb…

– Xeyr. Bunu ancaq paxıllar deyə bilər. Elza sənətkardır, öz sənəti ilə danışdırır. Bəzən deyirlər ki, “siz maraqlı qadınsız”. Bunu savadsızlar deyir. Maraqlı o insana deyilir ki, onun cavabı tapılmayıb. Əgər bir insan sənətkar titulunu alıbsa, əməkdar artistdirsə, maraqdan necə söhbət gedə bilər?

– Yeni şeiriniz varmı?

– Bəli var. Adı da var – “Deşik-deşik dünyaya”.

– Demişdiz ki, sonuncu “Tikim sizin ağzınızı” şeirinə musiqi də yazacaqsız.

– İnşallah, mahnılarım çoxdur, tezliklə işıq üzü görəcək. İşlərim çox olduğum üçün bir az gecikir. Bəziləri elə sanır ki, Elza Seyidcahan şeirləri ilə özünü gündəmdə saxlayır. Xeyr, insanlar öz deyimlərində, yuxularında məni görürlər. Bu da mənim xoşbəxtlİym deməkdir. Amma yox, mənim mahnılarım, əsərlərim var. Və o əsərlərim, mahnılarım sanki indi yazılıb və hələ illərlə açması açılmalıdır… “

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …