Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Düşmənə gücümüzü göstərdik” – General Kərim Vəliyev

“Düşmənə gücümüzü göstərdik” – General Kərim Vəliyev

“Aprel hadisələrində Azərbaycanın silahlı Qüvvələri öz gücünü düşmənə göstərdi”.

Bunu müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev bildirib.

Onun sözlərinə görə, aprel hadisələri zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi: “Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında əks olundu. Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu hər zaman ondan üstündür, vətənə, xalqa, dövlətə sədaqəti hədsizdir. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bugünkü zabitlər şəhidlərimizin qisasını alacaq, torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərəcəklər.

Torpaqlarımızın azad edilməsində vətən sizdən şücaət gözləyir. Aprel hadisələrində prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə layiqli qiymət verdi, hərbçilərimizin şücayətini lazımi səviyyədə qiymətləndirdi”.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Silahlı Qüvvələrin üzərinə böyük məsuliyyətin düşdüyün deyən K.Vəliyev bildirdi ki, bu işdə Azərbaycan Silahlı Qüvvələrinin əhəmiyyətli rolu var: “Ordu quruculuğuna dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Ordu quruculuğu dövlətin prioritet sahələrindən birinə çevrilib”.

Qeyd edək ki, bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın