Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / Dünən şəhid olan Süleyman Süleymanov Qazaxda dəfn edilir – fotolar

Dünən şəhid olan Süleyman Süleymanov Qazaxda dəfn edilir – fotolar

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi gərginliyin artması ilə bağlı şiddətlənən atışma nəticəsində Qazax rayonunun Daş Salahlı kəndindən olan Süleymanov Süleyman Elçin oğlu şəhid olub. 

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Süleyman cəbhə xəttinin Ağdam istiqamətində şəhid olub.

Onun cənazəsi artıq Daş Salahlıda yaşayan valideynlərinə verilib. Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani şəhidin valideynlərinə və kənd camaatına Süleymanın şəhid olması barədə təfərrüatları danışıb.

Əməkdaşımız Nihat Cəbrayıl şəhidin dəfnində və hüzr məclisində iştirak edir. Onun verdiyi xəbərə görə Süleyman Süleymanovun atası Elçin Süleymanov Birinci Qarabağ Savaşı qazisidir.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun.

 

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın