Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Dövlət qulluqçusunun oğlu da şəhid olub – Fotolar

Dövlət qulluqçusunun oğlu da şəhid olub – Fotolar

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundovanın oğlu Əbdülməcid Axundov сəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəhidin Sumqayıtda dəfn mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cı ildə anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Qeyd edək ki, Ə. Axundov 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Texniki Universitetinin məzunu olan Ə.Axundovun xidməti başa vurmasına 3 ay qalıbmış.

Dövlət qulluqçusunun oğlu da şəhid olub -  Fotolar
Dövlət qulluqçusunun oğlu da şəhid olub -  Fotolar
Dövlət qulluqçusunun oğlu da şəhid olub -  Fotolar
Dövlət qulluqçusunun oğlu da şəhid olub -  Fotolar

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın