Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Cəbhədə atəşkəs 17 dəfə pozub

Cəbhədə atəşkəs 17 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Qaymaqlı kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Sarıcalı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın