Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Müsahibə / Bakının yeni silahı Ermənistanda qorxu yaratdı

Bakının yeni silahı Ermənistanda qorxu yaratdı

Azərbaycanla Pakistan arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planı Ermənistan cəmiyyətində qorxu yaradıb.
Axar.az xəbər verir ki, ötən gündən başlayaraq, erməni mediası Azərbaycanın Pakistandan müasir raketlər alacağı barədə yayılan informasiyanı təkzib etməyə çalışıblar. İddia olunub ki, əslində, bu, Azərbaycan mediasının “informasiya manipulyasiyasıdır”, reallıqda isə belə bir saziş mövcud deyil.
Ancaq Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıqla bağlı planın imzalandığına dair rəsmi açıqlama yayıldıqdan sonra erməni mediasının təbliğat istiqaməti dəyişib. Bu dəfə erməni hərbi ekspertlər danışıb və etiraf ediblər ki, “bu xəbər heç də Azərbaycan KİV-nin manipulyasiyası deyil”. Buna baxmayaraq, Azərbaycanın alacağı müasir silahların Ermənistan cəmiyyətində yaratdığı narahatlığın “səbəbsiz” olması kimi daxili auditoriyaya yönəlik təbliğat aparmağa da çalışıblar.
Erməni hərbi ekspert Arkadi Qriqoryan isə bir az da irəli gedərək, yeni raketlərin regionun digər oyunçularını da narahat etməli olduğunu vurğulayıb.
Xatırladaq ki, Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planının təsdiq edildiyi barədə məlumat yayıldıqdan sonra erməni sosial şəbəkə istifadəçiləri müzakirələr açıblar: Azərbaycanın yeni, ən müasir raketlər əldə etdiyini və bunun mümkün müharibənin taleyinə əhəmiyyətli təsir göstərəcəyini bildirən sosial şəbəkə istifadəçiləri Aprel savaşındakı acınacaqlı məğlubiyyəti xatırladaraq, Ermənistan rəhbərliyinin ölkəni növbəti belə bir döyüşə sürükləməsinə etiraz ediblər.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın