Ana səhifə / Müsahibə / Azərbaycan yeni döyüş təyyarələri alır: qiyməti 20 milyondur – VİDEO

Azərbaycan yeni döyüş təyyarələri alır: qiyməti 20 milyondur – VİDEO

Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alır. Bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra “JF -17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələri Azərbaycana yola salınacaq.
“JF -17 Thunder” döyüş təyyarəsi axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında istinadə olunur.
“JF-17 Thunder” təyyarəsinin üstünlükləri nədən ibarətdir? 
“JF-17 Thunder” döyüş təyyarəsi yüngül, tək mühərrikli və çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı ilk növbədə Pakistan Hava Qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin (PAC) iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb. Təyyarənin adındakı “JF” abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. Bu hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib. Döyüş təyyarəsinin yüksək manevrlik qabiliyyəti var. Təyyarənin 58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur.
2016-cı ilin statistikasına görə, Pakistan hər il özü üçün 25 ədəd “JF-17 Thunder” istehsal edir. Başqa ölkələrdən sifariş olacağı halda bu rəqəmin artacağı gözlənilir.
“JF -17 Thunder”in ümumi xüsusiyyətlərinə gəlincə, döyüş təyyarəsi üçün 1 ekipaj üzvü nəzərdə tutulub. Uzunluğu 14.93 m, hündürlüyü 4.72 m, qanadın genişliyi 9.45 m, qanadın sahəsi 24.4 kv.m, boş çəki 6,586 kq, yüklənmiş çəki 9,100 kq, maksimum qalxma ağırlığı 12,500 kq, daxili yanacaq çəni 2,350 kq, güc təminatçısı 1 ədəd RD-93 Klimov mühərrikdir.
Döyüş radiusu 1,352 km olan təyyarə, 3 tondan artıq silah götürmə qabiliyyətinə malikdir. Döyüş təyyarəsinin qiyməti 15–20 milyon ABŞ dolları arasında dəyişir.
“JF -17 Thunder” də bir sıra üstünlüklərə malikdir “JF-17 Thunder” “hava-hava”, “hava-yer” raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüyə malikdir.
“JF -17 Thunder” in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, “hava-səth” tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir.
İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.
“Super Mushshak” təlim təyyarəsinin üstün cəhətləri 
“Super Mushshak” daha qabaqcıl “MFİ-17 Mushshak”ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir. “Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır.
Hazırda “Mushshak” və “Super Mushshak” təlim təyyarələri, Pakistanla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur. Türkiyə 52 ədəd “Super Mushshak” təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Sonradan bu rəqəm arta bilər.
Təyyarələrin Türkiyəyə çatdırılmasına 2017-ci ildən başlanacaq. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın