Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Azərbaycan silahlı qüvvələri ermənilərin təxribatlarına qarşı daim ayıq-sayıq olmalıdır – Üzeyir Cəfərov

Azərbaycan silahlı qüvvələri ermənilərin təxribatlarına qarşı daim ayıq-sayıq olmalıdır – Üzeyir Cəfərov

Ermənistanda keçiriləcək seçkilərə 1 aydan az bir vaxt qalıb. Bu dövrdə ermənilər cəbhədə təxribatların sayını artıracaqlar.

Bunu SalamNews-a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O həmçinin qeyd edib ki, Ermənistanın özünün daxilində çox böyük gərginlik və narazılıqlar var: “İş o yerə çatıb ki, biri-birini heç vaxt ihtiham etməyənlər, bu gün düşmənə çevriliblər. Ölkənin baş naziri ötənilki məğlubiyyətlərini ordunun keyfiyyətsiz yanacaqla təmin edilməsi ilə əlaqələndirib. Serj Sarksyanın ən yaxın silahdaşı Seyran Ohanyan isə bu məsələni indiki rəhbərliyin ona qarşı tutduğu qərəzli mövqeyi ilə bağlayıb. O, hakimiyyəti bu qərəzli mövqeni davam etdirəcəyi təqdirdə məğlubiyyətin əsas səbəbini və səbəbkarlarını açıqlayacağı ilə hədələyir. Ermənistan cəbhədə vəziyyəti hər gün daha da gərginləşdirəcək. Son zamanlar ermənilərdə özünəvurğunluq yarandı. Çünki ötən il beynəlxalq təşkilatlar çox sakit reaksiya verdilər. Bu il Rusiya separatçıları, Fransa da onlara dəstək oldu. Bu yaxınlarda Ermənistanın cinəyətkar prezidenti Rusiyaya səfər edəcək, orada iki gün qalacaq. Bütün bunlar cəbhədə hiss edilir. Hətta getdikcə ermənilər cəbhədə daha da azğınlaşacaq. Serj Sarksyanın dəstəsi parlament seçkilərini uduzacaq. Ona görə də Serj Sarksyan cəbhədəki gərginlikdən istifadə edib seçkiləri ertələyə və ya ləğv edə bilər. Azərbaycan silahlı qüvvələri daim vəziyyəti nəzərətdə saxlayır. Ordumuz ermənilərin təxribatlarına qarşı daim ayıq-sayıq olmalıdır. Ermənilərin atacağı addımları layiqli cavablandırmalıyıq”.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın