Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Azərbaycan 101 milyon dollarlıq silah müqaviləsi imzalayıb

Azərbaycan 101 milyon dollarlıq silah müqaviləsi imzalayıb

Bu gün Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulların çeşidi təxminən 1200-ə çatıb. 

Azinforum.az  xəbər verir ki, bunu APA-ya müsahibəsində nazir Yavər Camalov deyib. O, bildirib ki, ölkə daxilində – Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər qurumları təmin etməklə yanaşı, dünyanın təxminən 10 ölkəsinin müvafiq qurumlarına da silah-sursat ixracı başlayıb: “Bu günə qədər imzaladığımız müqavilələrin ümumi həcmi təxminən 101 milyon dollardır. Onlardan 57 milyon dolları qüvvədə olan müqavilələrdir,  silah-sursatımızın alınacağına dair dövlətlərin müvafiq qurumlarının təminatları var. Qalan 44 milyon dollarlıq silah-sursatın sertifikatları da yaxın günlərdə hazır olacaq.

Bizim beynəlxalq  sərgilərdə iştirak etməyimizin əsas mahiyyəti ondan ibarətdir ki, ixrac imkanlarımızı artıraq. Biz artıq Türkiyədə keçirilən tenderlərdə iştirak etmişik. Bu yaxınlarda qalibi elan olunduğumuz tenderin həcmi təxminən 9 milyon dollardır. Prosesi davam etdiririk. Təkcə Türkiyədə yox, dünyanın digər nöqtələrində müvafiq qurumların tenderlərində iştirak etməyə çalışırıq. Bu da bizim ixrac imkanlarımızı artırmağımıza şərait yaradır. İxracat istiqamətində işlərimizi davam etdiririk”.

Y. Camalov deyib ki, Azərbaycanın silah ixrac etdiyi ölkələr  arasında ABŞ, Afrika və Avropa ölkələrinin şirkətləri var.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın