Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / “320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni yaralandı” – Azərbaycan MN

“320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni yaralandı” – Azərbaycan MN

“Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir”.

Mia.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Yalnız aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin daha çox həqiqətə uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər”, – nazirlikdən əlavə olunub.
Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir:
“Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib”.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın