Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / 23 ildən sonra bayrağımız Cəbrayılda dalğalanır – FOTO

23 ildən sonra bayrağımız Cəbrayılda dalğalanır – FOTO

Azərbaycan bayrağı 23 ildən sonra ilk dəfə Cəbrayıl rayonun girişində Cocuq Mərcanlı kəndində dalğalanır.

AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda göründüyü kimi, Cəbrayıl rayonun girişinə Azərbaycan bayrağı sancılıb. Şanlı bayrağımızın 23 ildən sonra ilk dəfə Qarabağ torlaqlarında dalğalanması qürurvericidir.

Qeyd edək ki, Cəbrayılın Cocuq Mərcanlı kəndi 1993-ci ildə düşmən tərəfindən işğal edilib. Kənd 1994-cü ildə keçirilən Horadiz əməliyyatı zamanı işğaldan azad edilsə də, yüksəkliklər Ermənistan ordusunun nəzarətində olduğundan, kəndə təhlükəsiz girmək mümkün deyildi.

Azərbaycan ordusunun son əməliyyatından sonra Cocuq Mərcanlıya sərbəst giriş-çıxış artıq mümkündür. Hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın